La Liqanın 7-ci turuna “Osasuna” – “Atletiko Madrid” oyunu ilə yekun vurulub.
Derbidə “Real”ı məğlub edən Dieqo Simeonenin komandası bu dəfə də azarkeşlərini sevindirib. Qonaqların hücümları 20-ci dəqiqədə bəhrəsini verib. Antuan Qrizman hesabı açıb. 1-ci hissə paytaxt klubunun minimal hesablı üstünlüyü ilə bitib. 2-ci hissədə “Atletiko” futbolçuları daha bier qol vurublar. Rodriqo Rikelme yekun nəticəni müəyyəbnləşdirib 2:0. Qeyd edək ki, qalan vvaxtda “Osasuna”nın heyətində Esekiel Avilya, “Atletiko”da isə Alvaro Morata qırmızı vərəqə ilə cəzlaandırılıb. 7 turdan sonra La Liqaya 19 xalla “Jirona” başçılıq edir. Liderdən 1 xal geri qalan “Real Madrid” 2-ci, 17 xalla “Barselona” 3-cüdür. 1 oyun az keçiriən “Atletiko Madrid” 13 xalla 5-ci pillədə qərarlaşıb.